“OPUS” Məhdud Məsuliyyətli Cəmiyyət 2010 – cu ildən fəaliyyətə başlamışdır. Layihələndirmə və tikinti qanunvericilik tələblərini özfəaliiyətində hər zaman üstün tutan “OPUS” MMC müasir korporativ idarəetmə standartlarına riayət edərək müştərilərin və sifarişçilərin xüsusi rəğbətini qazanmışdır. Müasir layihələndirmə və tikinti texnologiyalarını, innovativ təşəbbüsləri özündə əks etdirən şirkət müştəri məmnuniyyətini hər zaman diqqət mərkəzində saxlayaraq, mədəni və sosial infrastruktur sahəsində fəaliyyətini genişləndirmişdir.
Strateji və mədəni tikintilərin yenidən qurulmasında “OPUS” MMC Bakıdakı “Heydər “məscidi, “Hacı Cavad “ məscidi, Gəncədəki “İmamzadə” kompleksi, Bakıda “İşgüzar mərkəz” və özəl kottec tipli evlər, otellər layihələndirilərək inşa etmişdir. Sifarişlər arasında biznes və yaşayış obyektlərinin tikintisi, obyektlərin bərpası və yenidənqurulması əsas prioritet təşkil edir. Layihələrimiz arasında şəhər tipli qəsəbələrin layihələndirilməsi də vardır.
Şirkətin yüksək peşəkarlığı olan memar və mühəndislər qrupu vardır. Bunların arasında tarix və memarlıq abidələrinin bərpası ilə məşğul olan mütəxəssislər üstünlük təşkil edir. Şirkətimiz haqqında ümumi məlumatı saytlarımızda və təqdim etdiyimiz kataloqlarda görmək mümkündür.
Şirkətimiz Rusiyanın müxtəlif republikalarında, Qazaxıstanda fərdi və ictimai sifarişlərin layihələrini hazırlamışdı.

