Ordubad qoruğunda bəy evi
Ordubad qoruğunda, Sərşəhər məhəlləsində yerləşən bəy evi ikimərtəbəli olmaqla Ordubad memarlıq incilərindən biridir.
Çiy kərpiclə tikilmiş bu bina adət ənənələrə uyğun olaraq küçə fasadında kiçik pəncərələr, daxili həyətdən isə iri şüşəbəndlər qoyulmuşdur.
Aşağı mərtəbədəki otaqlardan biri digər yerləşkələrdən fərqli olaraq tağbəndli örtülmüşdür ki, bu da soyuducu yerləşkə məqsədilə tikilib.
Bəzi evlərdən fərqli olaraq daxili pilləkən qoyulmuşdur. Əlavə olaraq relyefdən istifadə olunmaqla bir qismi daşla hörülmüş, digər hissə isə taxta maetrialından yığılmışdır. Digər fərqli cəhəti odur ki, bu evin küləfirəngi vardır.
